...

DİM: İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb

Gündəm Materials 20 İyul 2020 17:19 (UTC +04:00)
DİM: İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb

Bakı. İlhamə İsabalayeva – Trend:

İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimatlar hazırlanıb: “İndiyədək keçirilən imtahanlar da həmin təlimatlara uyğun keçirilib. Bu imtahanlarda 143 minə yaxın şəxs iştirak edib”.

X.Xanlarzadə qeyd edib ki bu il imtahanlar lokallaşdırılmış qaydada keçirilib: “Əvvəl imtahanlar əsasən şəhər mərkəzlərində keçirilirdi. İndi isə imtahanlar kütləviliyin azaldılması üçün bütün rayon və şəhərlərdə keçirilib. Bu da 220-250 nəfərin imtahanda iştirak etməsinə imkan verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti