...

Səfir: Bir qrup iranlı Azərbaycandan İrana qayıdıb

Gündəm Materials 5 Sentyabr 2020 14:28 (UTC +04:00)
Səfir: Bir qrup iranlı Azərbaycandan İrana qayıdıb

Bakı. Elnur Bağışov – Trend:

İranın Azərbaycandakı səfirliyi və Azərbaycan rəsmilərinin əməkdaşlığı nəticəsində bu gün (5 sentyabr) 122 nəfərdən ibarət bir qrup İran vətəndaşı ölkəyə qayıdıb.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Əli Musəvi Twitter səhifəsində yazıb.

S.Ə.Musəvinin sözlərinə görə, İran vətəndaşları Astara sərhəd buraxılış məntəqəsindən keçiblər.

Musəvi əlavə edib ki, bununla da koronavirus yayıldığı vaxtdan indiyədək 11 qrup çərçivəsində Azərbaycandan İrana qayıdan İran vətəndaşlarının sayı 1 501-ə çatıb.

Qeyd edək ki, İranda bu günədək (5 sentyabr) 384 666 nəfər koronavirusa yoluxub, 22 154 nəfər bu virusdan ölüb, 332 131 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti