...

Türkiyə Qazeteçiler Federasiyasından Ermənistanın təxribatları ilə bağlı açıqlama

Gündəm Materials 5 Oktyabr 2020 18:20 (UTC +04:00)
Türkiyə Qazeteçiler Federasiyasından Ermənistanın təxribatları ilə bağlı açıqlama

Bakı. Trend:

Türkiyənin Qazeteçiler Federasiyasının Ankaradakı Baş İdarəsinin yerli mətbuatda açıqlaması yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Qarabağ Azərbaycandır!” başlığı altında yayımlanan açıqlamada bildirilir: “BMT Təhlükəsizllik Şurasının qətnəmalərində Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır və Azərbaycan bu qətnamələrə uyğun olaraq öz ərazilərini müdafiə edir. Hazırki vəziyyətdə bu günə qədər danışmayan və Ermənistanı dəstəkləyənlər, bu gün toqquşmaların dayandırılması istiqamətində məsləhətlər verirlər. Xocalıda hüquqları nəzərə almadan minlərlə günahsız insan qətlə yetirilərkən səslərini çıxarmayanlar bu gün söz sahibi olduqlarını iddia edərək mühakimə edirlər. Azərbaycan özünə aid olan torpaqlar uğrunda mübarizə aparır və heç bir güc, heç bir qüvvə onları bu yoldan geri döndərə bilməyəcək. Qarabağ Azərbaycandır!”

Vətən və bayraq mövzusunda hər zaman həssas olan Anadolu mətbuatı da Türkiyə Respublikası, Türk dövlətləri və millətlərinin yanında olmağa davam edəcək. İşğalçı Ermənistanın hücumlarını şiddətli şəkildə qınayır və vurğulayırıq ki, hər zaman Azərbaycanın yanındayıq.

Açıqlamanın tam mətni bu linlərdə:

https://metropolhaberistanbul.com/karabag-azerbaycandir-h50154.html

http://www.istesonhaber.com/m-haber-8264.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti