Bakı. Trend:
İzmirdə zəlzələ nəticəsində dağıntıların altından daha 100 nəfər çıxarılıb.
Trend-in məlumatına görə, onlar müvafiq xəstəxanalara çatdırılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Həmçinin, qeyd edilir ki, İzmirdəki zəlzələ ətrafında sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yayan 6 şəxs polis tərəfindənsaxlanılıb.
Xatırladaq ki, dünən İzmirdə 6,9 bal gücündə zəlzələ olub. Nəticədə ölənlərin sayı 26, xəsarət alanların sayı isə 885 olub.