...

İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı

Gündəm Materials 1 Dekabr 2020 15:35 (UTC +04:00)
İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı

Bakı. Samir Əli - Trend:

Yağı düşməndən azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.

Trend-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qurumdan bildirilib ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır: "Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta-körpü qəsəbəsində fəaliyyət göstərir.

Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti