...

Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir

Gündəm Materials 4 Dekabr 2020 14:20 (UTC +04:00)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Türkiyədə də şəhidlərimizin xatirəsi yad edilir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Vəhdət namazından sonra jurnalistlərə deyib.

A.Paşazadə bildirib ki, dünən Türkiyənin dini işlər qurumunun rəhbəri ilə telefon danışığı olub və o qeyd edib ki, Türkiyədə 90 min məsciddə şəhidlərimizin ruhu yad ediləcək.

“Bunun üçün Türkiyə rərhbərliyinə və Türkiyə dini işlər qurumunun rəhbəri Ali Erbaşa minnətdarlığımı bildirirəm. İranlı qardaşlarımız da anım günümüzdə bizimlə bərabərdir. Ayətullah başda olmaqla, onlara da təşəkkür edirəm. Şimali Qafqaz müftiləri də bu gün dualar oxuyurlar. Kim bu gün bizim şəhidlərimizi yad edirsə, onlara minnətdarlığımı bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti