...

Bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır - Hikmət Hacıyev

Gündəm Materials 8 Dekabr 2020 15:10 (UTC +04:00)
Bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

Vətəndaşları qaydalara riayət etməyə çağırırıq. Elə insanlar var ki, koronavirus xəstəsi olduğunu bilərək sərbəst şəkildə küçədə gəzir və virusu yayır.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, həmin insanlar virusu yüngül keçirə bilərlər, lakin onların yoluxdurduğu insanlar ağır keçirə və hətta həyatını itirə bilər.

H.Hacıyev qeyd edib ki, koronavirus xəstəsi olub evi tərk edən insanlarla bağlı 266 cinayət işi açılıb: "Bu cür cinayətə görə 3 ilə qədər həbs cəzası tətbiq edilə bilər.

H.Hacıyev vurğulayıb ki, bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır: “Onların da düzgün müalicə alması və sağlamlığının qorunması üçün qaydalara riayət etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti