...

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6600-dən çox zəlzələ olub

Gündəm Materials 28 Dekabr 2020 14:19 (UTC +04:00)
Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6600-dən çox zəlzələ olub

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O qeyd edib ki, Mərkəzin Monitoriq Mərkəzi tərəfindən 2301 uzaq zələlələr də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ qeydə alınıb.

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti