...

Karantin qaydalarını pozaraq Qəbələyə istirahətə gələnlər cərimələnib (FOTO)

Gündəm Materials 30 Dekabr 2020 16:27 (UTC +04:00)
Karantin qaydalarını pozaraq Qəbələyə istirahətə gələnlər cərimələnib (FOTO)

Bakı. Trend:

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq və yaxud iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gələn şəxslər aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, əsasən istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Polislər tərəfindən planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin portalda iş üçün icazələri olsa da, onların ailə üzvləri ilə birgə istirahət məqsədilə rayona üz tutduqları müəyyən edilib. Həmçinin, reyd zamanı karantin qaydalarını pozaraq icazələri olmadan yaşadıqları rayonları tərk edən vətəndaşlara da rast gəlinib. Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində cərimə protokolu tərtib olunub.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir. Bir daha vətəndaşlarımızdan özlərinin və digərlərinin də sağlamlığı üçün karantin qaydalarına riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti