...

Dünyada koronavirus qurbanlarının sayı 1,9 milyonu keçib

Gündəm Materials 9 Yanvar 2021 07:01 (UTC +04:00)
Dünyada koronavirus qurbanlarının sayı 1,9 milyonu keçib

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 88 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 88 758 618 nəfərə çatıb. Onlardan 1 910 844 nəfəri ölüb, 62 milyondan çox isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (21 170 475), Hindistanda (10 413 417) və Braziliyada (7 873 830) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti