...

Qələbə hərbçilərimizin müalicəsinə müsbət təsir göstərir

Gündəm Materials 4 Fevral 2021 12:59 (UTC +04:00)
Qələbə hərbçilərimizin müalicəsinə müsbət təsir göstərir

Bakı. Samir Əli - Trend:

Vətən Müharibəsində qələbəmiz xəsarət alan hərbçilərimizin xəstəliyinin müalicəsi və proqnozuna müsbət təsir göstərir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun müharibədə zəfər qazanması hərbçilərdə ruh yüksəkliyi yaradıb: "Bu gün kontuziyadan sonra nitqinin pozulmasından əziyyət çəkən bir hərbçi bizim mərkəzə müayinə üçün müraciət etmişdi. O danışa bilmirdi, lakin qürurla telefonundakı hərbi fotolarını göstərirdi. Bu hədsiz təsirli anlar idi. Biz fotolara baxdıqca hər birimiz düşünürdük ki, şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti