...

Bakıda heroin alverçiləri qapı-pəncərə sexini qarət etdi

Gündəm Materials 24 Fevral 2021 12:06 (UTC +04:00)
Bakıda heroin alverçiləri qapı-pəncərə sexini qarət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda sex qarət olunub. Trend-in məlumatına görə, fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birindən 5400 manat dəyərində alüminium profillər oğurlanıb.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.

Xəbər lenti

Xəbər lenti