...

Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib

Gündəm Materials 8 Mart 2021 14:23 (UTC +04:00)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə bu günədək koronavirusa qarşı peyvənd olunanların sayı 10 mlyonu keçib.

Trend-in məlumatına görə, 7,5 milyondan çox şəxs vaksinin birinci dozasını, 2,5 milyona yaxın şəxs hər iki dozasını vurdurub.

İstanbulda 1,6 milyona yaxın, Ankarada isə 823 min nəfər peyvəndlənib.

Qeyd edək ki, bu günədək Türkiyədə 2,8 milyona yaxın şəxs koronavirusa yoluxub, 29 min nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti