...

Litvada karantin rejimi yumşaldılır

Gündəm Materials 11 Mart 2021 05:30 (UTC +04:00)
Litvada karantin rejimi yumşaldılır

Trend-i buradan izləyin

Litva hökuməti gələn həftədaən küçəyə birbaşa çıxışı olan bütün dükanların, muzey və qalereyaların açılmasına qərar verib.

Trend-in məlumatına görə, birbaşa küçəyə çıxışı olan və hər müştəriyə ən azı 20 kvadrat metr satış sahəsi təmin edə bilən dükanlar, köşklər və pavilyonlar martın 14-dən etibarən fəaliyyətlərini bərpa edə bilər.

Muzeylərin, qalereyaların və digər sərgi sahələrinin fəaliyyətlərinə ziyarətçilərin onlayn olaraq bilet alması və ya əvvəlcədən qeydiyyatdan keçməsi, həmçinin operatorların hər ziyarətçi üçün ən azı 30 kvadrat metr təmin etməsi şərti ilə icazə veriləcəkdir.

Bu qurumlara qrup ziyarətləri bir ailənin və ya bir evin üzvləri olmasalar ən çox iki nəfərlə məhdudlaşır.

Hökumət yaxın vaxtlarda koronavirusla bağlı vəziyyəti pisləşməsə böyük ticarət və əyləncə mərkəzlərinin açılmalarına da qərar verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti