...

Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)

Gündəm Materials 10 Aprel 2021 13:01 (UTC +04:00)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)

Bakı. Trend:

37 Saylı Nizami (Gəncə) Birinci Seçki Dairəsindən millət vəkili seçilmiş Pərvin Kərimzadə növbəti dəfə seçiciləri ilə görüşüb. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Pərvin Kərimzadə hər bir vətəndaşın təklifi, eləcə də şikayəti ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparıb. Seçicilərin problemlərinə həssaslıqla yanaşan Pərvin Kərimzadə məsəlnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atacağını, aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti