...

MTRŞ üzvü ürək tutmasından vəfat edib

Gündəm Materials 12 Aprel 2021 11:13 (UTC +04:00)
MTRŞ üzvü ürək tutmasından vəfat edib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Milli Televiziya və Radio Şurasının üzvü Məmməd Cəfərov vəfat edib.

Bu barədə Trend-ə qurumadn bildiriblər. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Milli Televiziya və Radio Şurasının üzvləri və Şura Aparatının kollektivi Məmməd Cəfərovun vaxtsız vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti