...

20 yanvar küçəsindəki qüsur aradan qaldırılıb (FOTO)

Gündəm Materials 26 Aprel 2021 11:38 (UTC +04:00)
20 yanvar küçəsindəki qüsur aradan qaldırılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsuru aradan qaldırıb.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edək ki, ərazidə olan dekorativ kolluqlar parkın ərazisindən 10 metr kənara köçürülərək yenidən əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti