...

İntiharın mediada ətraflı işıqlandırılması bu hadisənin təbliğatı deməkdir - Komitə

Gündəm Materials 28 Aprel 2021 10:44 (UTC +04:00)
İntiharın mediada ətraflı işıqlandırılması bu hadisənin təbliğatı deməkdir - Komitə

Bakı. Ceyhun Ələkbərov - Trend:

İntiharın media vasitəsi ilə ətraflı işıqlandırılması bu hadisənin təbliğatı deməkdir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bu cür hadisələr müəyyən çərçivədə yayımlana bilər:

“Məsələn, qeyd etmək olar ki, Azərbaycanda bir, yaxud iki intihar hadisəsi baş verib. Ümumi qaydada və zorakılıq hallarının səsləndirilməməsi şərti ilə. Şəxsi məlumatlar, hətta zorakılıq törədən şəxsin də məlumatları da məxfi qalmalıdır. Onun adı, soyadı və ünvanı şərti göstərilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti