Qazaxıstanda son sutkada koronavirusa 2 804 nəfər yoluxub

Gündəm Materials 2 May 2021 08:41 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 804 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 325 499 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 1 607 olmaqla 278 584 nəfər sağalıb, 3 717 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti