...

Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 22 May 2021 17:20 (UTC +04:00)
Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti