...

Quru sərhədlərin açılacağı ilə bağlı DGK-dən rəsmi AÇIQLAMA

Gündəm Materials 7 İyun 2021 11:37 (UTC +04:00)

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur:

"Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.
Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti