...

Havada toz dumanı davam edir

Gündəm Materials 20 İyun 2021 16:59 (UTC +04:00)
Havada toz dumanı davam edir

Bakı. Trend:

Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti