...

Azərbaycanlı gənclərin hazırladığı PUA sınaqdan uğurla keçdi – Trend TV-nin REPORTAJI

Gündəm Materials 1 İyul 2021 09:25 (UTC +04:00)
Azərbaycanlı gənclərin hazırladığı PUA sınaqdan uğurla keçdi – Trend TV-nin REPORTAJI

Bakı. Seymur İsmayılov - Trend:

Bir qrup azərbaycanlı gəncin hazırladığı “İstiqbal” pilotsuz uçuş aparatı bu günlərdə sınaqdan keçirilib.

Bir neçə aydır ki, üzərində gərgin iş gedən PUA –nın ilk uçuşları qənaətbəxş olub. 14 yaşlı gənc Həsən Quliyevin təsis etdiyi AzAstro startap layihəsi çərçivəsində reallaşdırılan layihə uğurla tamamlanıb. PUA üzərində həmçinin Suad Muradov, Yusif Cəfərbəyli, Nicat Muradlı və digər gənclər işləyib.

İdeya müəllifi və layihə iştirakçıları Trend-in çəkiliş qrupu ilə söhbətdə bildiriblər ki, bu hələ başlanğıcdır, əsas hədəflər qarşıdadır. Layihə müəllfiləri PUA-nı daha da təkmilləşdirmək, inkişaf etdirmək fikrindədirlər. Bunun üçün aidiyyatı dövlət qurumları ilə görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Onlar əmindirlər ki, aparılan danışıqlar tezliklə müsbət nəticə verəcək və dövlət tərəfindən dəstək alacaqlar.

Gənclərin bu layihəsinin daha bir məqsədi xarici şirkətlərlə rəqabət etməyə imkan verəcək yeni texnoloji yeniliklər üçün zəmin yaratmaqdır. İdeya müəllifi Həsən Quliyev “İstiqbal”ın prototipini inkişaf etdirmək və gələcəyi üçün yeni bir texnoloji yol yaratmağı hədəfləyir. Qeyd edək ki, H.Quliyev “Davam” Gənclər Hərəkatının üzvüdür.

Videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti