...

Media subyektlərinə maliyyə yardımları növbəti 6 ay üçün nəzərdə tutulub

Gündəm Materials 2 İyul 2021 17:24 (UTC +04:00)

Bakı. Çingiz Səfərli -Trend:

Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin bizim tərəfimizdən maliyyələşməsi həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bu maliyyə dəstəyi məqsədyönlüdür:

"Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyidir. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti