...

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir (FOTO)

Gündəm Materials 21 Sentyabr 2021 17:51 (UTC +04:00)
Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və hərbi hissələrdən yarışlara cəlb edilən iştirakçılar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayaraq fərdi birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti