...

Prezident İlham Əliyevin xalqa müraciəti Ağdam Cümə məscidinin qarşısında dinlənilib (FOTO)

Gündəm Materials 27 Sentyabr 2021 10:28 (UTC +04:00)
Prezident İlham Əliyevin xalqa müraciəti Ağdam Cümə məscidinin qarşısında dinlənilib (FOTO)

Ağdam. Humay Ağacanova -Trend:

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağdam Cümə məscidində mərasim keçirilib. Öncə şəhidlərin xatirəsi sükutla yad edilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub. Bərdə və Ağdamdan olan din xadimlərinin iştirakı ilə namaz qılınıb və ayələr oxunub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, mərasimin sonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti televiziya vasitəsi ilə Ağdam Cümə məscidinin qarşısında da dinlənilib.

Anım Günü ilə bağlı mərasimdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Bərdə və Ağdamdan olan din xadimləri, polislər və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti