...

Kolumbiyada göydələn Azərbaycan bayrağının rənglərinə bürünüb (VİDEO)

Gündəm Materials 28 Sentyabr 2021 11:40 (UTC +04:00)
Kolumbiyada göydələn Azərbaycan bayrağının rənglərinə bürünüb (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Kolumbiyanın paytaxtı Boqota şəhərində məşhur "Colpatria" binası 27 Sentyabr - Anım günü münasibətilə Azərbaycan bayrağının rənglərinə bürünüb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov "Twitter" səhifəsində yazıb.

Binanın üzərində “27 sentyabr - Azərbaycan qəhrəmanlarını xatırlayır” sözləri işıqlandırılıb.

"Colpatria" göydələni Kolumbiyada dördüncü ən hündür binadır.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Anım günü qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti