...

Azərbaycanın tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı dinləmələr başlayır

Gündəm Materials 30 Sentyabr 2021 22:27 (UTC +04:00)
Azərbaycanın tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı dinləmələr başlayır

Bakı. Trend:

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə ictimai dinləmələr keçirəcək.

Trend xəbər verir ki, dinləmələr 18-19 oktyabr tarixlərində Haaqa Sülh Sarayında baş tutacaq. Proses Azərbaycanın təqdimatı əsasında Ermənistanın yol verdiyi pozuntulara görə müvəqqəti tədbirlərin görülməsi tələbi ilə keçiriləcək. Mövcud pandemiya şəraitini nəzərə alaraq dinləmələr hibrid formada olacaq. Məhkəmə üzvlərindən bəziləri şifahi prosesə şəxsən qatılacaqlar, bəziləri isə video-bağlantı ilə qoşulacaq. Tərəflərin nümayəndələri ya şəxsən, ya da video-əlaqə ilə dinləmələrdə iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti