...

Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)

Gündəm Materials 20 Oktyabr 2021 18:23 (UTC +04:00)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhid baş leytenant Rəşad Rəhimovun xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Sonra şəhid R.Rəhimova həsr olunmuş videoçarx nümayiş etdirilib.

Şəhidin atası İlqar Rəhimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin sonunda mərkəzin solistləri vətənpərvərliyə aid musiqilər ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti