...

FHN tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət etdi

Gündəm Materials 29 Oktyabr 2021 11:39 (UTC +04:00)
FHN tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət etdi

Bakı. Fərid Zöhrabov - Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Trend xəbər verir ki, bu çərçivədə, Agentliyin mütəxəssisləri tərəfindən son zamanlar aparılan monitorinqlər zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir.

Qeyd olunanları nəzərə alaraq, tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti