...

ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib

Gündəm Materials 1 Dekabr 2021 03:36 (UTC +04:00)
ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səyahətə tam qadağanın koronavirusun yeni "omikron" ştammının yayılmasını dayandırmayacağı barədə xəbərdarlıq etdi və məhdudiyyətlər tətbiq etməzdən əvvəl risklərin qiymətləndirilməsinə çağırdı.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-lər xəbər verib.

ÜST qeyd edib: "Tədbirlərə səyahətdən əvvəl və ya gəliş zamanı sərnişinlərin yoxlanılması, COVID-19 ilə bağlı testlərin istifadəsi, xaricdən gələn sərnişinlərin karantinə alınması daxil ola bilər".

ÜST 60 yaşdan yuxarı və ciddi xəstəliklərə tutulma riski olan şəxslərə yeni variantla əlaqədar xaricə səyahətlərini təxirə salmağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti