...

Milli Məclis DSX-nin şəhid hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edib

Gündəm Materials 3 Dekabr 2021 11:12 (UTC +04:00)
Milli Məclis DSX-nin şəhid hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edib

Bakı. Trend:

Parlamentin bu gün keçirilən iclasında helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərin xatirəsinin yad edilməsini təklif edib:

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nətciəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin”, - spiker bildirib.

Daha sonra şəhid hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti