...

Helikopterin düşmə anında "qara qutu"da qeydə alınmış görüntülər (FOTO)

Gündəm Materials 20 Dekabr 2021 14:21 (UTC +04:00)
Helikopterin düşmə anında "qara qutu"da qeydə alınmış görüntülər (FOTO)

Bakı. Trend:

Helikopterin düşmə anında "qara qutu"da qeydə alınmış uçuş parametrləri açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri aşağıda qeyd olunan şəkillərdəki kimi olub.

"Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olmuş və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub", - məlumatda qeyd olunur.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti