...

Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Gündəm 21 Yanvar 2022 19:03 (UTC +04:00)
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Bakı. Trend:

Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə, istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur. Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür...

Qanunvericiliyə əsasən, ölkəyə daxil olan məhsulların maya dəyəri nə qədər artırıla bilər? Ümumiyyətlə, qiymətlərə nəzarət mexanizmi necə tətbiq olunur? Süni qiymət artımına qarşı hansı çevik tədbirlər görülməlidir?

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – MM-in deputatı Vüqar Bayramov, iqtisadçı Fuad İbrahimov və KTN Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=0ZzgWi0B7lA

Məqalədə:
Xəbər lenti

Xəbər lenti