...

DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib

Gündəm 22 Yanvar 2022 14:03 (UTC +04:00)
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib

Bakı. Trend:

Yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilmişdir.

Bu barədə Dövlət Sərhəd Xidmətindən Trend-ə bildirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti