...

İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN

Gündəm 24 Yanvar 2022 15:08 (UTC +04:00)
64580 nəfər şənlik mərasimlərinə burxılmayıb.
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN

Bakı. Samir Əli - Trend:

2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır.

DİN Mətbuat Xidmətindən Trend-in soğrusuna cavab olaraq bildirilib ki, bu günə qədər respublika ərazisində 51853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərində və həyətlərdə 2505 monitorinq aparılıb.

Monitorinqlərin 39779 sayda polis tərəfindən, 12074 sayda digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3369 təşkil edib, 44 cinayət işi başlanılıb. COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti