...

Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)

Gündəm Materials 27 Yanvar 2022 15:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda hər on min nəfərə neçə vəkil düşür? Vəkillərin sayı yetərlidirimi? Vətəndaşlar vəkillərin fəaliyyətindən razıdırmı? İnsanlar vəkillərin işində daha çox nədən narazı qalır? Son illər neçə vəkil vəkillik fəaliyyətindən məhrum edilib? Vəkil olmaq istəyənlərin sayı niyə durmadan artır? Bölgələrdə vəkil çatışmazlığı, insanların hüquqi məsləhətlərə əlçatanlığını təmin etmək üçün hansı addımlar atılacaq?

Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin bu suallarını Vəkillər Kollegiyasının sədri Anar Bağırov cavablandırıb.

A.Bağırov ölkəmizdəki vəkillik fəaliyyətinin hazırkı vəziyyətindən, gələcək hədəflərdən danışıb. Kollegiya sədri bildirib ki,Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yardıb. A.Bağırov xüsusilə vurğulayıb ki, əvvəllər hüquq mühafizə orqanlarında çalışmaq istəyən gənc hüquqşunaslar indi daha çox vəkil olmağa can atır. Eyni zamanda bəzi dövlət qurumlarında çalışan hüquqşunaslar vəkil kimi fəaliyyət göstərməyə üstünlük verir.

Bu və digər məsələlər ətrafında aparılan maraqlı müzakirənin videoformatını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti