...

FHN əməkdaşları ötən gün 2 azyaşlını xilas edib (VİDEO)

Gündəm Materials 5 Fevral 2022 11:02 (UTC +04:00)
FHN əməkdaşları ötən gün 2 azyaşlını xilas edib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 101 yanğına çıxış və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər azyaşlı xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti