...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 5 Fevral 2022 18:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 448 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 025, buster doza üzrə vaksinasiya olunanların sayı isə 31 325 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 186 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 245 925, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 750 763, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 189 591 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti