...

Keçən il 10 yeni körpü tikilərək istifadəyə verilib

Gündəm Materials 22 Fevral 2022 12:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

2021-ci il ərzində 10 yeni körpü tikilərək istifadəyə verilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin körpülərdən 4-ü İsmayıllı rayonu ərazisində, 5 körpü “Zəfər Yolu" üzərində, 1 körpü isə Ağcabədi rayonu ərazisində inşa edilib.
Bundan başqa, Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına, habelə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti