...

Döyüş sursatlarının utilizasiya prosesi keçiriləcək - MN

Gündəm Materials 29 Mart 2022 16:04 (UTC +04:00)
Döyüş sursatlarının utilizasiya prosesi keçiriləcək - MN

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti