...

Gəncədə həyat yoldaşı və evini yandıran kişi saxlanıldı

Gündəm Materials 12 May 2022 15:03 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərində həyat yoldaşı və evini yandıran şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisəni törədən 1962-ci il təvəllüdlü Elşən Qasımov hüquq mühafizə orqanları əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, hadisə Gəncə şəhəri, general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Orada yaşayan ev sahibi, 1962-ci il təvəllüdlü Elşən Qasımov ailə münaqişəsi zəminində evinə benzin tökərək od vurub. Hadisə zamanı o evin yandırılmasına mane olan həyat yoldaşı, 1969-cu il təvəllüdlü Mahirə Dünyamalıyevanın da üzərinə benzin tökərək yandırıb. Hadisə zamanı evin bir hissəsi ilə birlikdə M. Dünyamalıyevanın da qolu yanıb.

M. Dünyamalıyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti