...

“Keylogger” nədir?

Gündəm Materials 16 May 2022 09:20 (UTC +04:00)
“Keylogger” nədir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Keylogger” (açarlogger, qeydiyyat qurğusu) kompüterin klaviaturasında düymələrin basılmasını fayla yazan proqramdır. Bu kəşfiyyatçı proqramın köməyi ilə gizli məlumatların toplanmasını həyata keçirirlər.

“Keylogger” proqramından iki cür istifadə edirlər. Bunlardan biri insanların istədiyi kimi istifadə edə biləcəyi proqramlar, digəri isə pis niyyətli insanların gizli şəkildə kompüterinizə quraşdırıb işlətdiyi proqramlardır. Beyninizdə "insanlar niyə belə proqramlardan istifadə etmək istəyirlər?" sualı varsa, övladının kompüterdə nə axtardığını və ya nə etdiyini izləmək istəyən valideynləri düşünə bilərsiniz. Bu, “Keylogger” proqramının məsum üzünü təmsil edə bilər.

“Keylogger”in qeyri-qanuni tərəfi zərərli insanların sizin xəbəriniz olmadan kompüterinizi izlədiyi proqram növüdür. Əgər kompüterinizdə belə proqram varsa, siz kompüteri işə salan kimi proqram işləməyə başlayacaq. Bu mərhələdən sonra internetdə və ya gün ərzində hər hansı bir proqramda daxil etdiyiniz hesab məlumatlarınız, internet axtarışlarınız, kredit kartı məlumatlarınız kimi məlumatlar birbaşa qarşı tərəfə ötürüləcək.

“Keylogger” nə qədər təhlükəlidir?

Sadə proqram kimi görünsə də, “Keylogger” bu gün mövcud olan ən qorxulu casus proqramlardan biridir. O qədər ki, bir vaxtlar yalnız klaviatura hərəkətlərini izləmək üçün nəzərdə tutulan “Keylogger” proqramının ekran qeydləri alan versiyaları ortaya çıxmağa başladı. Bu, bu tip proqram təminatını son dərəcə təhlükəli edir.

Belə proqramlar həm klaviatura hərəkətlərinizi izlədiyi, həm də ekranı qeyd etdiyi üçün hansı parolun hansı hesaba aid olduğunu asanlıqla görmək olur. Beləliklə, qarşı tərəf hesablarınıza daha asan daxil ola bilər. Bəs bu vəziyyət nə dərəcədə ciddidir?

Əgər kimsə e-poçt hesabınızın parolunu, kredit kartı məlumatlarınızı, şəxsi və paylaşılmayan şəxsi məlumatlarınızı və s. haqqında məlumat əldə edərsə, onlardan sizə qarşı istifadə edə və böyük məbləğdə pulunuzu almağa cəhd edə bilər.

“Keylogger”- in yoluxduğunu necə bilərəm?

Kompüterinizdə “Keylogger” proqramının olub-olmadığını öyrənmək asan deyil, çünki bu proqram bir çox üsullardan qorunduğu və gizli işlədiyi bilinir. Buna görə də, əgər kompüterinizdə “Keylogger” varsa, bunu öyrənmək və ya ən azından təxmin etmək üçün bəzi şeylərə diqqət yetirməlisiniz.

Onlardan biri internetlə işləyərkən kompüterinizin yavaşlamasıdır. İnternet brauzerinizi olduğunuz zaman kompüterinizdə nəzərəçarpacaq dərəcədə performans azalması ilə qarşılaşırsınızsa, bunun mümkün səbəblərindən biri “Keylogger” proqramıdır. Bunun əsas səbəbi “Keylogger”in arxa planda gizli işləməsi və kompüteri yormasıdır.

Bu proqramda diqqət çəkə biləcəyiniz başqa bir məqam, yazarkən klaviaturada basdığınız düymələrin ekranda görünməməsi və ya gec gəlməsidir. Bundan əlavə, əgər siz internet səhifəsini açmağa çalışırsınızsa və səhifənin qrafikası düzgün yüklənmirsə və ya səhifə ümumiyyətlə açılmırsa, bu, sisteminizdə “Keylogger”in olması anlamına gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti