...

Cəlilabadın həbsdə olan sabiq icra başçısının məhkəmə istintaqı yekunlaşdı

Gündəm Materials 20 May 2022 14:29 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət qaldıraraq təqsirləndirilən şəxs Namiq Zeynalovun rayonda gördüyü işlərin müəyyən olunmasını istəyiblər.

Prosesdə iş üzrə sənədlərin tətqiqi mərhələsinə yekun vurulub.

Mülki iddia qaldırmış şəxslərin məhkəməyə gətirilməsi ilə bağlı vəsatət isə təmin olunub.

Bununla da məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad rayon İcra hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti