...

Ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da, kifayət etməyib - Nazir

Gündəm Materials 25 May 2022 11:36 (UTC +04:00)
Ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da, kifayət etməyib - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötənil koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da bu məbləğ kifayət etməyib. “Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti