...

Azərbaycan pilotları beynəlxalq təlimdə tapşırıqları uğurla icra ediblər (FOTO/VİDEO)

Gündəm Materials 26 May 2022 09:37
Azərbaycan pilotları beynəlxalq təlimdə tapşırıqları uğurla icra ediblər (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti