...

Kəlbəcərdə əsgərimiz bədbəxt hadisə nəticəsində ölüb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 14 İyun 2022 10:04 (UTC +04:00)
Kəlbəcərdə əsgərimiz bədbəxt hadisə nəticəsində ölüb (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi Prokurorluq Kəlbəcərdə əsgər ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.

"Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq".

XXX

10.00

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gün Kəlbəcər rayonunun Çopurlu kəndi yaxınlığında baş verib.

Həmin ərazidə yerləşən hərbi hissədə xidmət edən, 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlunu ehtiyatsızlıqdan cərəyan vurub. Əsgər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti