...

Kikboksinq Federasiyasının dələduzluqda təqsirləndirilən sabiq vitse-prezidentinin məhkəməsi başladı

Gündəm Materials 20 İyun 2022 16:03 (UTC +04:00)
Kikboksinq Federasiyasının dələduzluqda təqsirləndirilən sabiq vitse-prezidentinin məhkəməsi başladı

Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqda təqsirli bilinir. Sabiq vitse-prezident barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa nam

Xəbər lenti

Xəbər lenti