...

Şimali Koreyada COVID-19-un yayılmasına səbəb “yad” obyektlər olub

Cəmiyyət Materials 1 İyul 2022 03:55 (UTC +04:00)
Şimali Koreyada COVID-19-un yayılmasına səbəb “yad” obyektlər olub

Trend-i buradan izləyin

Bakı. Trend:

KXDR-də koronavirusun yayılması Cənubi Koreya ilə sərhədində Şimali Koreya əsgəri ilə bir uşağın “yad” əşyalarla təmasından sonra baş verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən bildirib.

"Soyadı Kim olan 18 yaşlı əsgər və beş yaşlı Vi soyadlı uşağın aprelin əvvəlində İpöo-ridə kazarma və yaşayış məntəqələri yaxınlığındakı təpədə yad cisimlərlə təmasda olduğu məlum olub", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti