...

Cəbrayılda minaya düşən şəxs ağır dərəcəli bədən xəsarətləri alıb

Gündəm Materials 14 İyul 2022 17:06 (UTC +04:00)

Bakı. Trend:

İyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cəbrayıl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun holdinq"in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti